Qüdrət Həsənquliyevdən Rövnəq Abdullayevə sərt ittiham

Qüdrət Həsənquliyevdən Rövnəq Abdullayevə sərt ittiham
Bütün Xəbərlər
06:05 07.05.2011
1716

Bu, Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin qəbulu və təsdiqi haqqında qanun layihəsinin müzakirəsi zamanı baş verib.

Həmin layihəyə əsasən, Dövlət Neft Şirkəti, Uqe-Lanser PTİ. LTD və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş imzalanır. Qüdrət Həsənquliyev isə sənəddə adı keçən Uqe-Lanser şirkəti haqqında heç bir məlumat tapa bilmədiyini söyləyib:


“Maraq üçün internetdə axtarış verdim, amma heç bir məlumat çıxmadı. Azərbaycanda əlinə bir dəfə mikrofon alan müğənninin də saytı var, amma bu boyda şirkətin yoxdur. Xahiş edərdim ki, jurnalistlər də bunu araşdırsın”.

Q.Həsənquliyev xatırladıb ki, vaxtilə Pənah Hüseyn də Dubayda qeydiyyatda olduğu iddia edilən “Bahar enerji” adlı şirkət haqda araşdırma aparmışdı. Məlum olmuşdu ki, belə bir hüquqi şəxs yoxdur: “Naxçıvanda belə saxta şeyləri “donqili” adlandırırlar. Pənah bəy o vaxt o şirkətin donqili olduğunu demişdi. Məndə belə şübhələr var ki, bu şirkət də donqili – saxta şirkətdir. Bizə niyə məlumat verilmir ki, bu şirkət Azərbaycandan başqa hansı ölkədə fəaliyyət göstərib?”.
Sazişin şərtlərinə də diqqəti yönəldən deputat bildirib ki, 2 il 3 aydan sonra şirkət istehsalın həcmini 1,5 dəfə artıracaq. O vaxta qədər isə kontrakt qüvvəyə minəndən etibarən istehsal olan neftin gəlirindən 75 faizini götürəcək:
“Belə çıxır ki, bunlar 2-3 il ərzində gəlirin 75 faizini götürəcəklər, sonra həmin pulu Azərbaycana yatıracaqlar. İstehsalat həcmi 1,5 dəfə artandan sonra yenə də 75 faiz gəlirini götürəcəklər. Bəs nə qədər investisiya yatıracaqlar – bu barədə söz deyilmədi”. 
Deputat bildirib ki, Milli Məclis mənşəyi bəlli olmayan bu tipli şirkətlərlə sazişləri təsdiqləyib belə məsuliyyətin altına girməməlidir: “Azərbaycan xalqının varidatının bu şəkildə talanmasına imkan verməli deyilik”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ünvanına da iradlarını bildirən Q.Həsənquliyev bu qurumun sahibkarlara xeyli borcu olduğunu deyib:
“Mətbuatda yazırlar ki, ARDNŞ xarici ölkələrə 17 milyard dollar investisiya qoymaq istəyir. Bu vəsait Azərbaycana qoyulmalıdır, iş yerləri açılmalıdır. Neft şirkətinin özünün azərbaycanlı sahibkara 100 milyonlarla borcu var, vermir. Onlardan biri ilə bağlı Rövnəq müəllimlə görüşmüşəm, söz verdi, eləmədi. Rövnəq müəllim özü də hansısa şirkətin şoferi olub, sahibkarların vəziyyətini anlamalıdır”.

Q.Həsənquliyevin bu sözlərindən sonra MM-də bir anlıq sükut çöküb. Spiker Oqtay Əsədov bu cür şirkətlər barədə doqma kimi fikirlər söyləməməyi məsləhət gördü.

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov həmkarının dediklərinə, xüsusilə də R.Abdullahyevin sürücü işləməsi ilə bağlı sözlərinə iradını bildirib: “Hər adam nazir, deputat doğulmur. Hər kəs həyat yolu keçir. Bunu parlament tribunasında bu cür ifadə etməyin yeri yoxdur. Bu cür ittihamlar, bu fikirlərin parlament səviyyəsinə gətirilməsinin yolu yoxdur”. 

Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayev öz növbəsində Q.Həsənquliyevin yalnız xarici şirkətlə bağlı dediklərinə cavab verməklə kifayətlənib. Bildirib ki, Uqe-Lanser şirkəti 2003-cü ildən etibarən Almaniya, Rumıniya, Özbəkistan və Gürcüstanda layihələr həyata keçirib. “Həmçinin, 2003-cü ildə o şirkətlə birlikdə ekomühəndislik şirkəti yaratmışıq, Azərbaycanda bir sıra ekoloji layihələr həyata keçirmişik. Bu baxımdan, Bibiheybətdə görülən işlər – təmizləmə, rekonstruksiya işlər göz qabağındadır. Biz o şirkəti ekoloji layihələrində təcrübəsi olduğunu nəzərə alaraq bu qərarı vermişik”. 

Rövnəq Abdullayev sanballı şirkətlər haqqında “donqili” kimi ifadələr işlətməməyi məsləhət görüb: “Bu şirkət milyard dollara yaxın investisiya planları hazırlayıb. Dünyanın böyük bankları donqili adlandırdığınız bu şirkətlərə milyard dollarlıq kreditlər açır. Dünyanın böyük şirkətləri bunların layihələrini yoxlayıb rəy verib”. 

Sözügedən qanun layihəsi səs çoxluğu ilə qəbul olunub. Amma bundan dərhal sonra Rövnəq Abdullayev iclas zalını tərk edib.

//modern.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
19:03 07.08.2025
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
18:59 07.08.2025
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:47 07.08.2025
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
17:36 07.08.2025
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
Sabahdan isti hava dalğası zəifləyəcək
16:09 07.08.2025
Sabahdan isti hava dalğası zəifləyəcək
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
15:41 07.08.2025
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
15:39 07.08.2025
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi