Birinci hissədə tərəflər hərəyə bir mütləq qol vəziyyəti yaradıblar və imkanı əldən verməyiblər. Əvvəlcə “Barselona” fərqlənib: 27-ci dəqiqədə “Mançester Yunayted”in müdafiəçiləri cərimə meydançasında Pedronu diqqətsiz qoyublar və o, qapının yaxın küncünü dəqiq nişan alıb - 1:0. Qapıçı Edvin van der Sar topun istiqamətini düzgün müəyyənləşdirə bilməyib.
Britaniyalılar hesabı tez bərabərləşdirib: 34-cü dəqiqə Runi Rayan Giggzin ötürməsindən sonra topu Viktor Valdesin qoruduğu qapının yuxarı kündünə göndərib - 1:1.
Fasilədən əvvəl Lionel Messi də fərqlənə bilərdi. Lakin David Vilyanın ötürməsindən sonra argentinalı topa çata bilməyib.
Lakin ikinci hissənin əvvəlində dövrün ən yaxşı futbolçusu istəyinəçatıb: o, 54-cü dəqiqədə cərimə meydançasından kənardan topa gözlənilməz zərbə endirib, öz müdafiəçilərinin arxasında olan Edvin vander Sar isə topu görə bilməyib - 2:1.
Çempionlar Liqası
Final
28 may
“Barselona” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) – 3:1
QOLLAR: Pedro Rodriges, 27; Lionel Messi, 54; David Vilya,69 - Ueyn Runi, 34
Hakimlər: Viktor Kaşşai, Qabor Eros, Georgi Rinq, İştvan Vad.