Yarış “Qəbələ” Futbol Klubunun təşəbbüsü və “Jalə” Şirkətinin sponsorluğu ilə baş tutacaq. İki gün davam edəcək turnirdə iki yerli – “Qəbələ”, “Kəpəz” və iki əcnəbi – “Spartak” (Tsxinvali, Gürcüstan), “Dila” (Qori, Gürcüstan) komanda iştirak edəcək.
Turnirin proqramı:
30 iyul:
10.00 – “Kəpəz” – “Spartak”
18.00 – “Qəbələ” – “Dila”
31 iyul:
10.00 – 3-cü yer uğrunda oyun
18.00 – Final
Matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Turnirin qalibi kubok və medallarla təltif olunacaq. “Qəbələ” - “Dila” və turnirin final oyunu “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.