Qəddafi Portuqaliya televiziyalarından birinə verdiyi müsahibəsində bildirib ki, əgər dünya dəli olarsa, biz də dəli olarıq. “Onların həyatını cəhənnəmə çevirərik. Bu irqçilik və nifrət, bu dəlilik nədir?”
Qəddafi Birləşmiş Millətlər Təşkilatı (BMT )Təhlükəsizlik Şurasının qərarına münasibət bildirərkən deyib ki, bu iki ölkə arasındakı müharibə deyil, Təhlükəsizlik Şurasının hər hansı bir ölkənin daxili işinə qarışmağa ixtiyarı yoxdur. Liviya lideri bu müdaxilənin açıq şəkildə işğal olduğunu bildirib. “Bu, Aralıq dənizi və Avropada ciddi nəticələr doğuracaq. Aralıq dənizi məhv olacaq, hava və dəniz nəqliyyatı etibarlı olmayacaq”/// qafqazinfo.az