Qəddafi atəşkəs təklifini rədd etdi

Bütün Xəbərlər
07:21 02.04.2011
1438

Azxeber.com-un məlumatına görə, bu haqda xəbəri Qəddafinin köməkçisi Mussa İbrahim deyib. Onun sözlərinə görə, qiyamçılar sülh təklif etmirlər, onlar yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürürlər.

 

 Qeyd edək ki, Liviya müxalifətçilərinin başçısı Mustafa Əbdel Cəlil bəzi şərtləri yerinə yetirməsi təqdirində müxalifətin atəşkəs elan etməyə hazır olduğunu bildirib. Mustafa Abdul Cəlilin sözlərinə görə, əgər Qəddafi qoşunları Liviyanın qərbində nəzarətdə saxladıqları şəhərlərdən çıxsalar, oradakı əhaliyə söz azadlığı və özünü ifadə etmək hüququ verilsə, əcnəbi muzdlular ölkəni tərk etsələr, onda atəşkəs elan etməyə razı olarlar.

 

OXŞAR XƏBƏRLƏR