Lakin bu reallaşmaya bilər. Çünki Qəddafi, uzun müddət mübarizəni davam etdirməsini təmin edə biləcək əhəmiyyətli bir maliyyə mənbəyinə sahibdir: Onun Liviya mərkəzi bankında 144 ton qızılı var.
Beynəlxalq təşkilatlar, hava hərəkatına başlamazdan əvvəl Liviyaya qarşı bir sıra sanksiyalar qəbul etdi. Liviya prezidenti, həmçinin onun yaxınlarına məxsus olan bir çox bank hesabları donduruldu. Lakin İngiltərənin iqtisadi qəzeti Financial Tiımes-ın məlumatına görə görülmüş bu tədbirlər işə yaramaya bilər. Çünki Müəmmər Qəddafinin ən əhəmiyyətli maliyyə mənbəyi sahib olduğu qızıllardır.