Qaçan məhbusları hansı əlavə cəza gözləyir?

Qaçan məhbusları hansı əlavə cəza gözləyir?
SOSİAL
16:10 24.10.2017
1654
Məhbusların Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakıya gətirilərkən paytaxtda nəzarətdən yayınaraq qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Nəzarətdən yayınaraq qaçan məhbusları və onların qaçmasına görə Penitensiar Xidmət əməkdaşlarını hansı cəza gözləyir?

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova Trend-ə açıqlamasında bildirib ki, nəzarətdən yayınaraq qaçan məhbusların cəzası ağırlaşdırılacaq: "Həmin məhbuslara öncə ittiham olunduqları cinayət əməli ilə bağlı aldıqları cəzaya əlavə olaraq, azadlıqdan məhrumetmə yerindən qaçdıqlarına görə də 2 ildən 6 ilədək cəza veriləcək. Yəni hazırkı cinayət işinin istintaqı bitdikdən sonra həmin təqsirləndirilən şəxslərə verilən əvvəlki cəza ilə sonradan törətdikləri cinayətə görə verilən cəza toplanacaq".

İ.Cavadova bildirib ki, məhbusların qaçmasında Penitensiar Xidmət əməkdaşlarının iştirakı faktı olarsa, həmin əməkdaşları isə daha ağır cəza gözləyir: "Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur".

Vəkil qeyd edib ki, bu məsələ istintaqın gedişində ciddi araşdırılacaq, məhbusların hansı şəraitdə qaçması müəyyən ediləcək: "Onlara qaçmağa şərait yaradılıb, ya yox? Bu hallar araşdırılandan sonra təqsirləndirilən şəxslərin daşınmasına cavabdeh olanların cəzaları dəqiq bilinəcək. Həmin maddədən əlavə, Penitensiar Xidmətin məhbuslara nəzarət, onların daşınması və təhlükəsizliyi ilə bağlı daxili qaydaları da var. Bu qaydaların da müddəalarının pozulub-pozulmaması araşdırılmalıdır".

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:22 23.06.2026
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edildi - FOTOLAR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
15:17 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Rusiyalı aparıcı Bakıda - VİDEO
15:06 23.06.2026
Rusiyalı aparıcı Bakıda - VİDEO
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
15:06 23.06.2026
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
15:02 23.06.2026
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
14:59 23.06.2026
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
14:42 23.06.2026
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
14:37 23.06.2026
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
14:33 23.06.2026
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır