Bakıda oğurlanan maşın qəzaya uğradı.
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, sentyabrın 3-də Yasamal rayonu M.Seyidov küçəsindən Bakı şəhər sakini Hacı Ömərova məxsus “Mercedes” markalı avtomaşın qaçırılıb.Həmin avtomobil N.Hikmət küçəsində idarə edilərkən şəhər sakini Nicat Əliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomaşınla toqquşub.Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı H.Ömərovun avtomobilinin onun tanışı, Bakı şəhər sakini Elmar Quliyev tərəfindən qaçırılması müəyyən edilib və o, tutulub.