Qaçqınların məskunlaşdığı binada yanğın oldu

Qaçqınların məskunlaşdığı binada yanğın oldu
Bütün Xəbərlər
14:13 13.08.2012
1354

Yevlaxda qaçqınların məskunlaşdığı binada yanğın olub, xəsarət alanlar var.

AZXEBER.COM-un DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 12-də saat 19.00 radələrində Yevlax rayonundakı Kəlbəcər rayon sakinlərinin yaşadıqları Təmir Tikinti İdarəsinin İnzibati binasında yanğın baş verib.

Nəticədə binanın yanar konstruksiyaları yanmış, tüstüdən zəhərlənmiş 5 nəfər Kəlbəcər rayon sakinləri xəstəxanaya yerləşdiriliblər. Onlardan 3-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

OXŞAR XƏBƏRLƏR