Son zamanlar cəmiyyətdə ən çox rast gəlinən ifadə.Bəziləri bu ifadəyə fərqli aspektlərdən yanaşırlar. Kimisi buna ictimai şüurun zəifliyi kimi baxır ,kimisidə Sabir demişkən”Millət necə tarac olur,olsun Nə işim var” deyib heç kəsi düşünmür. Axı biz insanıq, təkcə özümüz üçün yaşamırıq, cəmiyyətin bir nümayəndəsiyik. Fədakarlıq, Milli dəyərlərimizi niyə unutmalıyıq axı ? Bu məqaləmi oxuyub deyəcəksiniz ki, “Qadındır deyə, Belə fikirləşir”.
Əslində elə deyil, məni hər bir Azərbaycan vətəndaşı maraqlandırır, Qadın və Kişi fərq etməz. Çünki sabah bizim övladlarımız bu cəmiyyətə ayaq basanda bizi qınayacaqlar. Necə ki, biz valideynlərimizi qınayırıq. Bu məsələni bir az araşdırdım və belə bir nəticə ilə qarşılaşdım : Azərbaycanda qadın zorakılğı təkcə ölkə daxilində deyil, hətta qadınların xarici ölkələrdə işləmək adıyla istismara cəlb edilməsi ilə nəzərə çarpır. Əsasən həmin qadınların pasportlarını ələ keçirib, onları şantaj üsulu ilə bu ifrat zorakılığa məcbur edirlər. Təbii ki, həmin şəxsləri bu istismarı etdirən əfsuslar olsun ki, “Pul”dur. Bir qarın yemək üçün, bizi dünyaya gətirən qadınları belə dəyərsizləşdirirlər. Həmin şəxslərə səslənirəm “Sizin öz yaxınlarınızı istismar etsəydilər, nə reaksiya verərdiniz ?” Özünüzə rəva bilmədiyinizi, başqalarına rəva bilməyin. Elə bu yerdə belə bir söz yadıma düşür “Pul hər şey deyil amma çox şeydir”. Əziz vətəndaşlar bizim cəmiyyət o qədər çirklablaşıb ki, Hər Şeyimizi - Çox Şeyə qurban veririk ?!
Nəzrin Nəzirova