Qadın sürücülər yenə birincidi... qayda pozmaqda

MARAQLI
10:47 15.01.2011
2125

Bu, Baş Dövlət Yol Polisi İdarəsinin apardığı araşdırmalardan sonra məlum olub. İdarənin mətbuat xidmətinin əməkdaşı Kamran Əliyevin sözlərinə görə, əvvəllər zərif cinsin nümayəndələri intizamlılığı ilə tanınıblar: «Lakin bu, keçmişdə qalıb. Hətta qadın sürücülər arasında avtoxuliqanlığa görə saxlanılanlar da var. Milli mentalitetimizə uyğun olmasa da, qadın sürücülər arasında avtomaşını sərxoş idarə etməyə görə saxlanılanlar olur.

Onlardan üçü artıq ikinci dəfədir ki, bu əmələ görə cəzalandırılırlar».Kamran Əliyevin sözlərinə görə, qadın sürücülərin sayı baş verən yol nəqliyyat hadisələrinin iştirakçıları arasında da artıb. Bunu isə onların sükan arxasında özlərini daha rahat hiss etməsi ilə əlaqələndirirlər. /ANS TV/

OXŞAR XƏBƏRLƏR