Qadın sərnişin təyyarədə striptiz göstərib

Qadın sərnişin təyyarədə striptiz göstərib
MARAQLI
14:46 01.12.2010
2346

ABŞ-ın Delta Airlines hava yolları şirkətinin Çikaqodan Nyu-Yorka uçan təyyarəsində qadın sərnişinlərdən biri striptiz göstərib. Sərnişinlərin sözlərinə görə, təyyarə Kennedi hava limanına eniş etməyə hazırlaşarkən qadın paltarlarını çıxartmağa başlayıb. 
Delta Airlines şirkətinin nümayəndəsi Betsi Talton bildirib ki, 30-a yaxın yaşı olan qadın təyyarənin göyərtəsində lüt soyunub və təyyarə heyəti məsələyə müdaxilə edib. Newsday portalının xəbər redaktoru da həmin təyyarədə olub. Onun məlumatına görə, stüardessalar çılpaq qadının üstünü yorğanla örtməyə çalışsalar da, o, buna imkan verməyib.
Təyyarə Nyu-Yorka eniş edəndən dərhal sonra qadın saxlanılıb. Hava limanının nümayəndəsi bildirib ki, onu tibbi mərkəzə aparacaqlar. Amma qadına qarşı ittiham irəli sürülməsi gözlənilmir.//Ans Press

OXŞAR XƏBƏRLƏR