Qadınlar üçün QİÇS peyvəndi

MARAQLI
09:07 16.02.2011
1771

Fransız elm adamları qadınlar üçün Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) qarşı yeni peyvənd ixtira ediblər. Yeni peyvəndlə bağlı meymunlar üzərində aparılan araşdırmalar müsbət nəticə verib. 

Parisdəki "Cochin" İnstitutunun mütəxəssislərinin hazırladıqları peyvəndlərlə bağlı məlumat ABŞ-ın “Immunity” tibb jurnalında nəşr edilib. Araşdırma çərçivəsində 5 dişi meymuna burun və əzələlərdən peyvənd edilib. Sonradan cinsi yolla onlara QİÇS mikrobu vurulsa da, virus təcrübə heyvanlarına keçməyib. 

Ancaq fransızlar əldə edilən müsbət nəticələrə baxmayaraq, ehtiyatlı davranmağın lazım olduğunu deyirlər. Hesab edilri ki, peyvəndin insanlar üzərində təsiri daha ciddi araşdırılmalıdır.

 

OXŞAR XƏBƏRLƏR