Seçki Komissiyası Rəhbəri Əbdürrəhman Əl Dahmaç keçirdiyi mətbuat konfransında bu haqda məlumat verib. Azxeber.com-un məlumatına görə, o bu qərarı bələdiyyə seçkilərində qadınların iştirakına hazır olmadıqları ilə əlaqələndirib.
Bu məsələni araşdıran bir komitə qurulduğunu deyən Əbdurrəhman Əl Dahmaç 4 il sonrakı seçkilərdə qadınların da səs verəcəyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanda 2 ildir ki təxirə salınan bələdiyyə seçkiləri bu il aprelin 23-də keçiriləcək.