Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.
2 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ağamusa Hüseynağa oğlu Bağırovun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Bakı şəhəri, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 2, ev 8 ünvanında yaşayan vətəndaş Minayə Əbdülməmməd qızı Bağırovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zaman qadının alt paltarında gizlətdiyi 1 ədəd sellofana bükülmüş xalis çəkisi 18,45 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. Qeyd edək ki, A.Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

