Qadın müğənnimizin oğlu yaşındakı sevgilisi üzə çıxdı
ŞOU-BİZNES
12:37 23.09.2011
2457
Xaricdə yaşayan müğənni Ziyafət Yaqubovanın özündən nə az, nə çox - düz 20 yaş kiçik sevgilisi var imiş. İsveçə köçüb əcnəbi vətəndaşla ailə quran müğənninin 21 yaşlı sevgilisi Bakıda yaşayır. Bu cavan oğlanın adı Həmid Sultandır. Yadınızdadırsa, bir həftə öncə ANS PRESS-də Ziyafət Yaqubovanın sinəsində xaç medalyonu olan fotoları yayımlamışdıq. Bu fotolarda müğənninin yanında bir gənc var. Məlumat saytımızda çıxandan sonra forumlarda müzakirələrə səbəb olub. Yazılan şərhlərdə şəkildəki gənc haqqında müxtəlif versiyalar irəli sürülüb. Bəziləri də bu gəncin Ziyafətin isveçli əri olduğunu yazırdılar, bəziləri isə sevgilisi. Oxucuların marağını nəzərə alıb fotodakı gəncin kimliyini müəyyənləşdirdik. Onun adı Həmid Sultandır. Aldığımız məlumatda Həmidin müğənnilik fəaliyyəti ilə məşğul olduğunu öyrəndik. Həmid Sultanı tapmaq elə də çətin olmadı. O, Ziyafəti çox sevdiyini də etiraf etdi: "Ziyafət xanımı çox sevirəm. Onun uşaq kimi təmiz ürəyi var. Yayda Azərbaycana gələndə burada olduğu 10 günü birlikdə keçirdik. Zaqatalada yaşayan doğmalarının yanına da birlikdə getdik. O, şəkilləri Zaqatalada çəkdirmişik". Ziyafət Yaqubova Azərbaycanda olduğu müddətdə Həmid Sultanla duet də yazdırıb. Duet bir-birindən ayrı düşən sevgililərin dilindən yazılıb.