Qadın onu öldürmək istəyən keçmiş ərinin ayaqlarını sındırdı - Gədəbəydə ŞOK OLAY

Qadın onu öldürmək istəyən keçmiş ərinin ayaqlarını sındırdı - Gədəbəydə ŞOK OLAY
SOSİAL
21:24 31.03.2023
335
Gədəbəy rayonunda 1987-ci il təvəllüdlü Rəqsanə ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Nemətə (adlar şərti verilib – red.) xəsarət yetirib.

AZXEBER.COM "teleqraf.com”a istinadən xəbər verir ki, hadisə ötən il dekabrın 2-də Gədəbəy rayonunun kəndlərindən birində baş verib.

Rəqsanə atasına məxsus fərdi yaşayış evinin qarşısında kürədə çörək bişirən zaman keçmiş əri həmin ünvana gəlib. Nemət qızını özü ilə yaşadığı evə aparmaq və yenidən Rəqsanə ilə barışmaq, bir ailə kimi yaşamaq istədiyini bildirib.

Onların arasında buna görə mübahisə yaranıb. Rəqsanə odun parçası ilə Nemətin bədəninin müxtəlif nahiyələrinə vurub və ona çoxsaylı bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Rəqsanənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəqsanə ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nemətlə 2004-cü ildə rəsmi qaydada evləniblər: "Lakin aramızda tez-tez narazılıq yarandığı üçün Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşandıq. Mən hazırda atam, anam, qızımla birgə yaşayıram. Nemətlə boşanmağıma səbəb onun mütəmadi olaraq spirtli içki içməsi və məni döyməsi olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2010-cu ildə rəsmən boşanıblar: "Lakin iki il sonra yaxın qohumlarımızın təkidi ilə onunla yenidən evləndik. Buna baxmayaraq, yenə də aramızda tez-tez narazılıqlar oldu. Nəhayət, 2020-ci ilin aprelində Nemətdən ayrıldım və atamın evinə getdim. Daha sonra məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə qızım mənim himayəmə, oğlum isə Nemətin himayəsinə verildi”.

Rəqsanənin sözlərinə görə, boşandıqdan sonra Nemət dəfələrlə atasının evinə gəlib və onu döyüb: "İkinci dəfə boşandıqdan sonra da Nemət məni tez-tez narahat edirdi. Məni öldürməklə və üzümə kislota tökməklə hədələyirdi. Hətta qardaşımı da söyüb təhqir eləmişdi. Kənd sakinləri arasında ünvanıma nalayiq ifadələr işlədirdi”.

Təqsirləndirilən şəxs bildirib ki, 18 oktyabr 2021-ci ildə Nemət kəndin mərkəzində atasının avtomobilini daşla vuraraq ona ziyan yetirib və şikayət əsasında cərimələnib: "Evimizin qarşısında çörəkbişirmə külfəsi var. Nemət oranı da yandıracağını bildirdi. Mən çörək bişirib satmaqla dolanmışam. Hətta Nemət mağaza sahiblərini də çörəyimi satmaması üçün hədələyib. Nemətin bu hərəkətləri məni təngə gətirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə evlərinin qarşısında yerləşən külfədə çörək bişirirmiş: "Bu zaman səs eşitdim. Sonra ayaq səsləri eşitdiyim üçün bayıra çıxdım. Nemətin əlində bıçaq üzərimə gəldiyini gördüm. Bunu görəndə qızım Nemətin qarşısına keçdi. Məni vurmasına imkan vermədi. Mən isə Daxili İşlər Nazirliyinin "102” xidmətinə zəng vuraraq məlumat verdim.

Qızım da atasına yalvararaq məni vurmamasını dedi, qapını bağladı. Nemət bundan sonra oradan getdi. Hadisə barədə məlumat verdiyim üçün polis əməkdaşları yaşadığımız ünvana gəldi və hadisə ilə bağlı izahat aldılar”.

Rəqsanənin ifadəsinə görə, həmin gün saat 21 radələrində qızı ilə çörək bişirirmiş: "Külfəni qalamaqdan ötrü odun gətirmək üçün bayıra çıxdım. Bu zaman Nemətin bir əlində butulkada benzin, digər əlində isə bıçaqla oraya gəldiyini gördüm. Danışığından və hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu gördüm. Külfəni qalamaq üçün istifadə etdiyim təxminən bir metr uzunluğunda odunlardan götürərək içəriyə keçmək istədim.

Nemət "səni yandıracağam, öldürəcəyəm” deyərək söyüşlər söydü, üzərimə cumdu. Bu zaman əlimdəki odun parçası ilə Nemətin başından bir zərbə vurdum. Nemət ona dəyən zərbənin təsirindən və sərxoş olduğu üçün müvazinətini itirərək yerə yıxıldı. Bundan sonra Nemətin ayağa qalxaraq məni öldürəcəyindən qorxdum. Ayağından və digər yerlərindən dəfələrlə vurdum. Bu zaman atam səs-küy eşitdi, oraya gəldi. Əlimdəki odun parçasını alaraq kənara atdı.

Daha sonra Neməti yerdən qaldırmaq istədik. Onun ayaqlarının sındığını gördük. Bundan təxminən on dəqiqə sonra anam və dayım oğlu da ora gəldilər. Birlikdə Nemətin əl-üzünü yuduq. Təcili tibbi yardım avtomobili ilə onu Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yola saldıq”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Rəqsanənin barəsində Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü (şərti məhkum etmə) maddəsini tətbiq edib.

Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu