'Qadın polislərlə bağlı mifləri, stereotipləri qıraq!'

Bütün Xəbərlər
14:13 09.05.2012
1715
“Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadə” layihəsi çəçivəsində “Stereotipləri qıraq! Qadın polislərlə bağlı miflər” adlı tədqiqatın təqdimatı olacaq. AZXEBER.COM-un məlumatına görə, 14 may 2012 – ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramın çərçivəsində Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi liqasından ibarət QHT Koalisiyası tərəfindən həyata keçirilən “Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadə” layihəsi çəçivəsində “Stereotipləri qıraq! Qadın polislərlə bağlı miflər” adlı tədqiqatın təqdimatı ilə bağlı Dəyirmi Masaya olacaq.Dəyirmi masada qadınların polis sıralarında iştirakına mane olan amillər və bu maneələrin aradan qaldırılması ilə bağlı təkliflər diqqətinizə çatdırılacaq.Təqdimat Mərasimi 14 may 2012 – ci il tarixində saat 12:00 – da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat pr-ti 529 məhəllə, bina 23, 6-cı mərtəbə Dəyirmi Zal) keçiriləcəkdir.Koalisiyası haqda əlavə məlumat əldə etmək üçün Layihə üzrə Köməkçi Sevinc Baxşıyeva ilə e – mail vasitəsi ilə [email protected]/* */, və ya (+994 12) 408-56-96 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Counterpart İnternational təşkilatı haqda əlavə məlumat əldə etmək üçün Layihə Meneceri Mehriban Zeynalova ilə e – mail vasitəsi ilə [email protected]/* */
OXŞAR XƏBƏRLƏR