Qadın qeysəriyyə əməliyyatından 4 gün sonra öldü - “Qarnından 3 litr qan laxtası çıxdı”
SOSİAL
14:33 06.08.2016
10140
Sabirabadda 36 yaşlı qadın qeysəriyyə əməliyyatından 4 gün sonra dünyasını dəyişib.Sabirabad rayon Perinatal Mərkəzindən AzNews.az-a verilən məlumata görə, 1980-ci il təvəllüdlü Seyfəliyeva Familə Aydın qızı xəstəxanaya bətnində ölü döllə daxil olub. Doğum şöbəsinin həkiminin asisenti Mehriban Yunisovanın sözlərinə görə, Seyfəliyeva Familə xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub: “Xəstə gələn kimi onu əməliyyat blokunda UZİ elədik. Baxdıq ki, döl ölüdür. Bundan əlavə isə ananın bətnində 3 litrə yaxın iri qan laxtaları vardı. Elə oradaca xəstəni vəziyyətdən çıxarmaq üçün təcili olaraq qeysəriyyə əməliyyatına götürdük. Ananın bətnindən ölü döl xaric olundu. Əməliyyatdan sonra həmin qan laxtalarını xəstənin valideynlərinə də göstərdik”.Asisent onu da əlavə edib ki, qadın əməliyyat edildikdən sonra onun vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyinə məlumat verilib:“Təcili olaraq Bakıdan briqada göndərildi. Reanimotoloq xəstənin vəziyyətini ağır qiymətləndirdi. Qara ciyər, ürək, böyrək çatışmazlığı diaqnozu qoydu. Bundan əlavə ananın bədənindən çıxarılan döl gömgöy idi, çox güman ki, iki gün öncə ölmüşdü”.M.Yunisova qeyd edib ki, əməliyyatdan sonra xəstənin vəziyyəti daha da ağırlaşıb: