O, bu addımı siqaret çəkməyi tərgitməyə özünü vadar edə bilmək üçün atıb.
AZXEBER.COM-un məlumatına görə, Amerikanın Sakramento şəhərinin sakini Etta Lopes siqaret çəkməkdən imtina etmək üçün könüllü şəkildə həbsxanaya düşüb.O, öz zərərli vərdişindən yaxa qurtarmaq üçün polis işçisinə hücum edib.Bunun üçün bütün gün ərzində şəhər həbsxanasının yaxınlığında gəzib-dolaşan qadın sonradan etiraf edib ki, onun məqsədi əynində polis forması olan hər hansı bir adama hücum etmək olub.Əgər Etta Lioes adi vətəndaşa hücum etmiş olsaydı, cərimə ödəməklə və ya islah işləri ilə yaxasını qurtara bilərdi. Lakin o, dəmir barmaqlıqlar arxasına getməyi qəti qərara aldığından, məhz asayiş keşikçisini gözləməli olub.Nəhayət, münasib qurban tapılıb. Həmin şəxs yerli polis rəisinin köməkçisidir. Qadın polis zabitinə yaxınlaşaraq heç bir səbəb olmadığı halda, var gücü ilə onun sifətinə zərbə endirib və yalnız bundan sonra bildirib ki, öz hərəkətinə görə həbsxanaya düşəcəyinə ümid edir.Məhkəmə E.Lopesi 63 gün həbs cəzasına məhkum edib.Müttəhim özü təqsirini etiraf edib və bu cəzanı tamamilə ədalətli hesab etdiyini bildirib.E.Lopesin nə üçün belə hərəkət etdiyini soruşanda o belə deyib: “Həbsxanada siqaret ala bilməyəcəyəm və ola bilsin ki, beləliklə, siqaret çəkməyi tərgidəcəyəm”.Qeyd edək ki, 2004-cü ildən Amerikanın bütün həbsxanalarında siqaret çəkmək qadağan edilib.Bununla əlaqədar, həbsxanada tütündən istifadə edən məhbusların həyatı xeyli çətinləşib.