Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır

Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır
SAĞLAMLIQ
10:48 13.02.2025
3291
Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına daxildir.
 
AZXEBER.COM xəbər verir ki, qadın sonsuzluğuna reproduktiv yaşda olan qadınların təxminən 10-15%-də rast gəlinir. Sonsuzluq uşaqlıq və ya yumurtalıqların anadangəlmə inkişaf qüsurları, genetik və immun pozğunluqlar, ətraf mühitin mənfi təsirləri, zərərli vərdişlər, somatik və ginekoloji xəstəliklər, infeksiyalar və digər amillərlə bağlı ola bilər. Bu problem ailə planlamasında çətinliklər yaradır və cütlüklərin həyat keyfiyyətinə mənfi təsir göstərə bilir. 

Qadın sonsuzluğunun səbəblərini dəqiq müəyyən etmək üçün diaqnostika prosesi çoxşaxəli yanaşma tələb edir. Hormonal testlər diaqnostika prosesinin əsas mərhələlərindən biridir. Diaqnozu dəqiqləşdirmək üçün həkim pasiyentə hormonal testlər və əlavə laborator analizlər təyin edə bilər.
 
Ovulyasiya və mayalanma prosesinin normal fəaliyyətini qiymətləndirmək üçün əsas götürülən follikul stimullaşdırıcı hormon (FSH), lüteinləşdirici hormon (LH), prolaktin, estrogen, progesteron, sərbəst testosteron və tiroid stimullaşdırıcı hormon (TSH) kimi hormon səviyyələrini ölçən testlər icbari tibbi sığortanın Xdmətlər Zərfində təminata daxildir. Laborator analizlərə ureaplazma, mikoplazma, süzənək, trixomoniaz, xlamidiya və digər infeksiyaların yoxlanması daxildir. Pasiyentlər icbari tibbi sığorta ilə ixtisaslı həkim göstərişi əsasında bu tibbi yoxlanışlardan keçə bilərlər.

Reproduktiv orqanların sağlamlıq vəziyyətini qiymətləndirmək üçün əsas metodlardan digəri icbari tibbi sığorta təminatına daxil olan instrumental-diaqnostik müayinələrdir. Bunlardan ən çox müraciət olunanı USM-dir. Sonsuzluğun diaqnostik tədbirlər kompleksinə uşaqlıq boynundakı xroniki infeksiyaların əlamətlərini aşkarlamaq üçün kolposkopiya,  uşaqlıq boruları keçiriciliyinin pozulmasını araşdıran histerosalpinqoqrafiya (HSG) müayinələri də daxildir. Bu müayinələr uşaqlıq boynunda yara, iltihab problemlərini, boruların keçməməzliyini, anadangəlmə quruluş pozuntularını aşkar etməyə kömək edir.
Menstrual dövrü nizamsız olan qadınlarda hipofiz vəzinin problemlərini (neyroendokrin xəstəlikləri) müəyyən etmək üçün müayinələr təyin oluna bilər. Tibbi göstəriş əsasında bu pasiyentlər kəllə və türk yəhərinin rentgen, KT və ya MRT müayinələrindən keçə bilərlər. 

Əgər sonsuzluğun səbəbi anatomik anomaliyalar, törəmələr, boru keçməməzliyi və s. ilə əlaqəlidirsə, bu zaman cərrahi müdaxilələr tətbiq olunur. Bu müdaxilələr qüsurların, törəmələrin aradan qaldırılması, həmçinin reproduktiv sistemin funksionallığının bərpasına xidmət edir. Uşaqlıq polipləri, miomalar, boru keçməməzliyi və endometrioz kimi patologiyalar icbari tibbi sığorta hesabına cərrahi üsullarla (açıq, laparoskopik və ya histeroskopik) aradan qaldırılır.
Bu müayinə və müalicə metodlarından yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya ginekoloqa müraciət etməlidirlər. İcbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin elmi-tədqiqаt institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev