APA-nın məlumatına görə, hadisə bu gün gündüz saatlarında rayonun mərkəzi bazarında qeydə alınıb. Bu gün saat 13.00 radələrində Ucar rayon sakinləri 1958-ci il təvəllüdlü Rəna Nuru qızı Hüseynova, 1968-ci il təvəllüdlü Nailə Fəzail qızı Kərimova və 1988-ci il təvəllüdlü Ruslan Aslan oğlu Kərimov bıçaq xəsarətlərilə Ucar rayon mərkəzi xəstəxanasına gətirilib. Həmin şəxslərin Bəyim Mirələm qızı Əliyeva tərəfindən bıçaqlandığı müəyyənləşib.Adı çəkilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb olunub.