"Qadın kişinin xəyanətini bağışlamalıdır".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Aşıq Zülfiyyə ARB telekanalında "Bir gün" verilişində deyib.
Sənətçi, xəyanət edən kişilərin xanımlarına məsləhət verib:
"Heç kim istəməz ki, ailəsində xəyanət olsun. Amma hər zaman qadınlar güzəştə gedən olmalıdır. Mən ailəmdə belə şeylərlə rastlaşmamışam. Ona o qədər inanıram ki... Amma mənə xəyanət etdiyini bilsəm, onu görməməzlikdən gələrəm. Bunu gəlinimə də deyirəm. Görsən ki, mənim oğlum sağa-sola gedir, onu bilməməzlikdən gəl. Çünki, kişi bilsə ki, sən onun xəyant etdiyini bilirsən, əvvəl səndən çəkinirdisə, indi açqı-aşkar edəcək. Bu zaman da itirən qadın olacaq".
Aysel