Qadın yataqda sevgilisini sinəsi ilə boğdu - FOTO

MARAQLI
15:17 23.11.2012
10052
Almaniyada yaşayan 34 yaşlı vəkil polisə şikayətlənib. Onun dediyinə görə, gecə saatlarında yataqda məşuqəsi onu sinəsi ilə boğaraq öldürmək istəyib.
Unn şəhərinin sakini Tim Şmidtin şikayətindən sonra polis onun məşuqəsi, 33 yaşlı Fransiskanı həbs edib.
Qadın qətlə cəhddə şübhəli bilinir.
"Fransiska ilə dörd ildir ki, birlikdəyəm. Gecə yataqda olanda o, qəflətən başımı tutub sinəsinə sıxdı. Nəfəs ala bilmirdim. Düşündüm ki, boğulub öləcəyəm. Var qüvvəmi toplayıb onu itələdim", - Tim deyib.
O, çılğına dönmüş məşuqəsindən qurtulmaq üçün lüt bayıra qaçdığını və qışqıraraq qonşuları köməyə çağırdığını deyib.
Şmidt daha sonra bildirib ki, məşuqəsi ilə münasibətlərindəki problemlər onun ixtisası üzrə yaxşı iş tapmasından sonra başlanıb: "Fransiska isə məcbur qalaraq iş yerini tez-tez dəyişirdi. O, uğurlarıma paxıllıq edirdi. Sonra mənə etiraf etdi ki, paxıllıq edirmiş. "Əzizim, ölümünün mümkün qədər həzzli olmasını istədim" söylədi".
//milli.az
OXŞAR XƏBƏRLƏR