Qadın öz evini fahişəxanaya çevirdi

Qadın öz evini fahişəxanaya çevirdi
Bütün Xəbərlər
13:57 18.07.2013
1208

Qadın həmcinslərini fahişəliyə cəlb edirmiş

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları daha bir insan alveri faktı aşkarlayıb.

AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səriyyə İsgəndərovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi və Nəsimi rayonu A.Məhərrəmov küçəsindəki mənzilində əxlaqsızlıq yuvası təşkil edərək saxlaması müəyyən edilib. Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR