‘Qadının altda, kişinin üstdə olması hamiləlik şansını artırır’ – SONSUZLUQ PROBLEMİ

SAĞLAMLIQ
11:44 21.03.2012
17915

AZXEBER.COM portalı Azərbaycanda son dövürlər durmadan artan sonsuzluq probleminin həlli yolunu və onu doğuran səbəbləri diqqətinizə çatdırır.

Qeyd edək ki, təqdim etdiyimiz tibbi materialı 16 yaşdan yuxarı insanların oxuması məsləhət görülür.

Yaş: Qadınların uşaq sahibi ola bilmə şansının ən yüksək olduğu dövr 20-26 yaşlar arası hesab olunur, bu şans 30 yaşından sonra sürətlə azalır. Tam sağlam bir qadının 18-20 yaş arası hamilə qalma nisbəti 94%, 20-24 yaş arası 91%, 25-29 yaş arası 86%, 30-34 yaş arası 77%, 35-39 yaş arası 60%, 40-45 yaş arası 30%-dir. Evlilik müddəti: Qeyd etdiyimiz kimi evliliyin ilk birinci ilində hamilə qalma şansı 75% olarkən, bir il artıq gözlədikdə, yəni ikinci ilin sonunda bu nisbət ancaq 10% artaraq 85%-ə qalxır. Cütlərin uşaq sahibi olma istəyi: Ailədə əgər yoldaşlardan biri istəməzsə o cütün uşaq sahibi olma şansı azalmaqdadır. Evlənmə yaşı: 16-20 yaşlar arasında evlənmiş qadınlarda ancaq 4.5% nisbətində sonsuzluğa rast gəlinir. 35-40 yaşları arasında evlənmiş olanlarda isə bu nisbət 31.3% -ə yüksəlir. 40 yaşından sonra evlənmiş olan qadınlarda isə bu nisbət 70% ətrafındadır. Cinsi əlaqə sıxlığı: Uşaq sahibi ola bilmək üçün ən uyğun cinsi təmas həftədə 2-4 dəfədir. Həftədə 2-4 dəfədən çox və ya az cinsi əlaqə uşaq sahibi ola bilmə şansını azaldır. Bununla yanaşı cinsi əlaqə günlərinin, qadının ovulyasiya günlərinə uyğun günlərdə edilməsi də hamiləlik şansını artırır. Cinsi əlaqə texnikası: Hamilə qala bilmək üçün ən uyğun vəziyyət, klassik olaraq bilinən qadının altda, kişinin üstdə olduğu "üz-üzə" olan vəziyyətdir. Bundan əlavə cinsi əlaqədən sonra bir müddət qadının kürəyi üsdə yatması da hamiləlik şansını artırmaqdadır. Cinsi əlaqənin ağrılı olması: Ağrılı cinsi əlaqə bəzi xəstəliklərdən qaynaqlana bilər və bu da istəksizlik və qorxuya gətirib çıxararaq cinsi əlaqəyə maneə törədir, hamiləlik şansını azaldar. Həddindən artıq köklük: Bu vəziyyət ümumiyyətlə həm bir hormonal pozğunluğun nəticəsi ola biləcəyi kimi, həm də normal cinsi əlaqəyə mane olaraq hamilə qalma şansını azalda bilər. Qidalanma pozğunluqları: Qeyri-kafi və balanssız qidalanma nəticəsində yaranan vitamin çatışmazlıqları da qəti olmasa da sonsuzluq səbəbləri arasında qəbul edilməkdədir. Zəhərlənmələr: Xüsusilə uyuşdurucu maddələrin səbəb olduğu xroniki zəhərlənmələr də hamilə qalmağa maneə törətməkdədir. Bu maddələrə həddindən artıq siqaret və spirt vərdişləri daxildir. Gərginlik (Psixi pozğunluqlar, stress): Gərginlik, başda ovulyasiya olmaqla bütün qadın cinsiyyət orqanlarına mənfi təsir edərək, hamiləlik şansını azaldır. Məlumatsızlıq: Ölkəmizdə cinsi təhsil əksikliyi sonsuzluq səbəbləri arasında əhəmiyyətli bir yer tutur. Məlumatsız edilən cinsi əlaqələr, uşaq olması üçün istifadə edilən dərmanlar, uşaq salma təşəbbüsləri, sonunda ciddi bir şəkildə sonsuzluq səbəbi ola bilməkdədir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb