Qadının çantasından 1800 manat oğurlayan şəxs tutuldu

Qadının çantasından 1800 manat oğurlayan şəxs tutuldu
SOSİAL
19:50 25.01.2019
6190
Yanvarın 24-də Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.İsayeva bir gün əvvəl çantasından 1800 manat pulunun oğurlandığını bildirib.

DİN mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR