Salyanda qadınlar arasında insident baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, sentyabrın 25-də Salyan rayonunun Xocalı kəndindən kənd sakini Aygün Həsənova kəsilən-deşilən xəsarətlə xəstəxanaya gətirilib.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Samira Əliyeva tutulub.