Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında tədbir keçirildi

Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında tədbir keçirildi
Bütün Xəbərlər
15:20 04.04.2012
1398

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Counterpart International təşkilatının Qadın İştirakçılığı Proqramı çərçivəsində maliyyələşən və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi liqasından ibarət QHT Koalisiyası tərəfindən həyata keçirilən “Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadə” layihəsinin maraqlı tərəflər və ictimaiyyət üçün təqdimat mərasimi keçirildi.

AZXEBER.COM-un məlumatına görə, “ Təmiz Dünya “ Qdınlara Yardım İctimai Birliyinin sədri təqdimatı açıq elan edərək bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Qadınlara münasibətdə ayrı seçkiliyin ləğvi üzrə Komitəsi 20 iyul-07 avqust 2009-cu il tarixində keçirdiyi 44-cü sessiyada Azərbaycan Hökumətinin “Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında ”Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsinə hökumətlə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Layihə çərçivəsində, qadınlar üçün bütün sahələrdə bərabər hüquqların təbliği ilə yanaşı, 2010-cu ildə qəbul edilmiş “Məət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanun”un icra mexanizmlərinə dair təkliflərin hazırlanması, polis orqanlarında qadınlarının sayının artırılmasına dair təkliflər, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə BMT Komitəsinə kölgə hesabatının hazırlanmasına dair modulun və siyasət sənədinin hazırlanmasını nəzərdə tutulur.

Sonda təşkilat sədri iştirakçılardan təkliflər gözlədiyini, hər yeni ideyanın layihənin uğurla alınmasında kömək edə biləcəyini bildirdi.

Layihənin təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Mehriban Əsədli təklif olaraq irəli sürdü ki, bu sahədə maarifləndirmə işi, hədəf qrupu düzgün seçilməli, əsasən yuxarı sinif şagirdləri, internat məktəbinin şagirdlərinə davamlı olaraq məlumatlandırma kampaniyası aparılmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Ağazadə ictimai institutların formalaşmasını, Qaynar xətt xidmətlərinin yaradılmasını, informasiya və maarifləndirmənin qadınlara qarşı ayrı- seçkiliyin ləğvində köməkçi qüvvə kimi irəli sürdü. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri - hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Dilarə Vəliyeva bildirdi ki, qadın polislərin cəmiyyətdə birmənalı olaraq qəbul olunması üçün ilkin olaraq bunu şüurlarda qəbul etdirmək lazımdır. Bunu isə, məlumatlandırma yolu ilə həyata keçirmək mümkündür. Bakı Dövlət Universitetinin müəllimi Vəfa Nağıyeva maarifləndirmə işini kişilərin iştirakı ilə aparmağın doğru olduğunu dedi. O, qeyd etdi ki, layihə gender bərabərliyinin qorunmasına xidmət edirsə, ayrı seçkilik olmadan məlumatlandırma işi aparılmalıdır. Lider Qadınlar İctimai Birliyinin sədri Sevda Məmmədli və QAHİB –in sədri Ruhəngiz Hüseynova CounterPartın maliyyələşdirdiyi layihənin iştirakçısı kimi həmin layihədə iştirak edən təşkilat olaraq çıxışçılara qoşularaq minnətdarlıqlarını bildirdilər. Ombudsman Aparatının nümayəndəsi Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyaya əlavə fakültativ protokolların tətbiqinin istifadə formalarının vacibliyini qeyd etdi.

Təqdimatda İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı F.Əliyev, Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayev, Dünya Gənclər Bankı şəbəkəsindən Vüsalə Hüseynli çıxışçılara qoşuldular.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
16:52 08.08.2025
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO