Qadınlardan ibarət futbol yığmasının 8 oyunçusu kişi imiş

DÜNYA
10:54 02.10.2015
2419
İranın futbol üzrə qadınlardan ibarət milli yığmasının 8 oyunçusu kişi çıxıb.
AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə İran futbol liqasının rəsmi nümayəndəsi Mödtabi Şərifi bildirib.
O, futbolçuların adlarının açıqlanmasını istəməyib. Yalnız onu bildirib ki, onlar bu yaxınlarda cinsini dəyişmək üçün əməliyyat olunacaqlar.
Futbolçulardan bəzilərinin əvvəllər kişilərin turnirlərində iştirak etdikləri də bildirilir.
Qalmaqalla əlaqədar, İran höküməti ölkənin futbol üzrə qadınlardan ibarət milli yığmasının bütün oyunçularının cinsi mənsubiyyətinin yoxlanılması barədə göstəriş verib.
Qeyd edək ki, bu, İran futbolunda ilk belə qalmaqal deyil. 2014-cü ildə futbol üzrə qadınlardan ibarət İran yığmasının gender testini keçə bilməyən 4 oyuçusu diskvalifikasiya edilmişdi. Oxşar hal 2010-ci ildə də baş vermişdi.
OXŞAR XƏBƏRLƏR