“Qadınlarımız begemota, kişilərimiz isə hamilə qadına bənzəyir“ - Rəşid Mahmudov

“Qadınlarımız begemota, kişilərimiz isə hamilə qadına bənzəyir“ - Rəşid Mahmudov
SOSİAL
14:16 08.09.2016
59330
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Modern.az saytına müsahibə verib.AZXEBER.COM müsahibəni ixtisarlarla təqdim edir:- Rəşid müəllim, bu günə qədər niyə elmlər doktoru olmamısınız? Yoxsa imkan verməyiblər?- Nə edirəm, elmlər doktoru dərəcəsini. Bu, mənə lazımdır?!- Hər halda, sizdən sonra gələnlər elmlər doktoru, professordur. Heç təəssüf hissi keçirmirsiniz?- Olsunlar. Mənim doktorluq işim də hazır idi. Amma vermədim. Çünki texniki məsələlər xərc aparırdı. Mənim də buna gücüm çatmırdı. İndi isə “Tibbi fiziologiyanın əsasları” adlı 1200 səhifəlik kitab yazmışam. Yaxın zamanlarda çap etdirməyi düşünürəm. Fiziologiyada kök hüceyrə anlayışı var. Dünyada ilk dəfə sütun hüceyrənin fiziologiyasını mən bu kitabda fiziologiyaya salmışam. İlk dəfə olaraq öz dilimizdə immun sisteminin fiziologiyasını yazıram. İlk dəfə olaraq reproduktiv orqanların fiziologiyası haqda yazıram. Yəni, dölün, doğuşun, yeni doğulmuş uşaqların fiziologiyasını işləyirəm. Bundan başqa bədənin bioloji ritmlərini tədqiq edirəm. Sponsor olsa, bu elmi işimi kitab şəklində çap etdirəcəyəm. Olmasa internetə verəcəyəm, qoy millət oxusun.- Rəşid müəllim, sizin “Normal fiziologiya” adlı kitabınız var. Bəs onu necə imkan tapıb çap etdirmisiniz?- Bunun maraqlı tarixçəsi var. Bir tələbə var idi. Yanıma gəldi və dedi: “Rəşid müəllim, siz mənim müəllimim olmamısınız. Mən indi 3-cü kursda oxuyuram. Ginekologiya, histologiya, anatomiya kafedralarına getdim. Bir sualım var idi, ona cavab tapa bilmədim”. Həmin tələbə ciftdən sual verdi. Ciftin siniri yoxdur. O sual etdi ki, bəs cift sinirsiz necə tənzimlənir? Onun bu sualına heç kim düz-əməlli cavab verməmişdi. Həmin tələbəyə hormonların ifrazını başa saldım, ciftin necə olmasını ətraflı izah etdim. Həmin tələbə qayıdıb mənə dedi: “Rəşid müəllim, niyə kitab yazmırsınız?”. Dedim ki, oğul yazarıq da, hələ vaxtı deyil. Tələbə mənə dedi ki, “Rəşid müəllim, Allahla danışığın var?” Təəccübləndim və “bu nə sualdır” dedim. Dedi ki, “bəlkə dərsdən çıxanda başınıza daş düşəcək, öləcəksiniz. Siz beyninizi o dünyaya aparırsınız. Bu qədər kafedraya getdim, heç kim məni sizin kimi başa sala bilmədi. Siz niyə kitab yazmırsınız?”Tələbə bunu deyib əsəbiləşdi, kitabı yerə çırpdı və mənə “sən xalq düşmənisən!” dedi. Dilxor oldum, siqaret çəkdim. Bir yaşlı müəllim var idi. Qanımın niyə qara olmasını sual etdi. Dedim ki, tələbə mənə xalq düşməni dedi. Həmin müəllim zarafatla qayıtdı ki, siz xalq düşmənisinizsə, bəs biz kimik?!Bildirdim ki, kitab yazsam da, pul yoxdur ki, onu çap edim. Dedi ki, onda pul var. Siz adını çəkdiyiniz kitabı bu hadisədən sonra çapa verdik.- Azərbaycanda Elmlər Akademiyası, onun institutları var. Onlar niyə ortaya nəticə qoya bilmirlər? Ya qoyurlar bizim xəbərimiz yoxdur? Deyirsiniz ki, yod çatışmazlığı intellektual inkişafın da qarşısını alır. Amma bunu Elmlər Akademiyasının da alimləri bilməmiş deyil axı...- Onlar bu barədə bilmirlər. Bilsələr, çoxdan deyərdilər. Nə qədər demişəm ki, su vacibdir. Suyu yodlaşdırsaq və millətimiz zərərli sudan içməsə, o zaman inkişaf edəcəyik. İnsana gündə 100-300 pikoqram yod lazımdır. Biz bunu etsək və uşaqlarımız, insanlarımız yodlaşdırılmış sudan içsələr inkişaf da olacaq. Müdadilə yaxşılaşacaq, qarın çıxmayacaq. Bu gün isə kişilərimizə baxırsan, hamilə qadınlara oxşayır. Qadınlarımız isə begemota oxşayır. Bu, çox pis haldır. Bunlar hamısı xəstəlikdir.- İnsanlarda hormonal disbalans yarandıqda, cinsi oriyentasiyada dəyişiklik olur. Nəticədə, bu, homoseksuallığda da gətirib çıxarır. Mən istərdim ki, homoseksuallığın fiziologiyası barədə də danışasınız.- Axmaq bir xəstəlikdir. Biz uşaqları belə xəstələrdən qorumalıyıq. Uşaqlar onlara baxır, pis şeyləri öyrənir. Geylərin paradını keçirilər.Onlar yığıldılar, hamısı boz kostyum geyindi, ayaqqabıları par-par parıldayırdı. İnanırsan, ağ köynək geymişdilər, mən elə ağ köynək görməmişəm. Süddən də ağ idi. Qırmızı da qalstuk. Onlar meydana çatanda hamısı birdən-birə soyunur, lüt, anadangəlmə bir-birləri ilə yaşayırlar. Bu adət bizə yaraşarmı?! Xeyr. Homoseksuallarda hormonal sistem zəifləyir. Niyə? Müqayisə aparaq. Hormonu toyuğa vururlar, həmin toyuq dəhşətli dərəcədə şişir... Homoseksuallıq barədə çox şey danışmaq olar. Bunu dərslərdə tələbələrə danışırıq.Məsələn qadın var ki, duldur, onun hormonları neytrallaşmalıdır. Sən o dul qadının qabağında dura bilməzsən. Hormon ki, onun beyninə vurdu, dul qadın səni “məhv edər”. Mən xarici elmi jurnaldan bir şey götürmüşəm. Deməli, 1 həftəlik, 15 günlük hamiləliyə diaqnoz qoymaq olur. Qadının sidiyini erkək qurbağaya vururlar. Mikroskopda baxanda həmin qurbağa spermatazoid ifraz edirsə, deməli qadın hamilədir. Elm çox inkişaf edir, görün nələrə qadirdir. Heyf ki, bizim millət belə şeyləri oxumur.- İlhamə Quliyeva rəhmətə gedib. Sizcə, onun psixi xəstəlikləri var idi?- Mən ad çəkməyəcəm. Amma bir neçə misal çəkəcəyəm. Deyək ki, birinə deyirəm ki, tükünü niyə yuxarı qaldırmısan? Cavabı belə olur ki, kosmosla danışır. Bir də görürsən ki, biri deyir ki, filan yerdən cin getdi. Görmə, eşitmə hallüsinasiyaları var. Bəli, həqiqətən də belələrinin qulağına səslər gəlir, onların gözünə nəsə görünür. Niyə? Çünki seratonin çatmır. Seratoninin ifrazı artanda insan ağıllanır.- Rəşid müəllim, son vaxtlar televiziyalarda az görünürsünüz.- Açığı vaxtım yoxdur. Kitab yazmaqla məşğulam. Əlimlə yazıram, yazmaqdan əlim qabar olub. Kompüterdə yazsaydım, bu qədər əziyyət çəkməzdim.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
21:26 10.05.2025
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
“Təyyarə qəzası ilə bağlı istintaqın yekunlaşmasını gözləyirik”
21:13 10.05.2025
“Təyyarə qəzası ilə bağlı istintaqın yekunlaşmasını gözləyirik”
Ərdoğanın müşaviri: Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün öhdəmizə düşəni etməyə hazırıq
21:09 10.05.2025
Ərdoğanın müşaviri: Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün öhdəmizə düşəni etməyə hazırıq
ABŞ-də zəlzələ baş verdi
20:54 10.05.2025
ABŞ-də zəlzələ baş verdi
İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıldı - VİDEO
20:32 10.05.2025
İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıldı - VİDEO
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır
20:23 10.05.2025
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
20:16 10.05.2025
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var
20:06 10.05.2025
Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var
Mingəçevirdə yas-yasa qarışdı
19:50 10.05.2025
Mingəçevirdə yas-yasa qarışdı
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
19:33 10.05.2025
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
19:18 10.05.2025
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
19:01 10.05.2025
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir