Qadınlara xoş xəbər – labioplastika əməliyyatına endirim

SAĞLAMLIQ
17:06 27.08.2018
11461
Son dövrlər cəmiyyətdə labioplastika və vaginaplastika əməliyyatlarına maraq artıb. Avropada geniş yayılan labioplastika əməliyyatı necə icra olunur və hansı üstünlükləri var?
 
Ölkəmizin ən güclü ginekoloqlarından olan – Dr. Şövkət Əliyeva bununla bağlı tövsiyyələrini bizimlə bölüşüb.
 
O bildirib ki, labioplastika - normaldan böyük, geniş, qırışıq və sallanmış vəziyyətdə olan cinsiyyətin kiçik dodaqlarına estetik olaraq forma verilməsi və kiçildilməsidir: "Bəzi xəstələrdə isə yalnız istəyə bağlı olaraq labioplastika əməliyyatı icra olunur. Bu əməliyyat kosmetika ilə yanaşı bəzi xəstələrdə tibbi problemlərinin həlli üçün də göstərişdir”. "Daxili dodağın normaldan böyük və geniş olması əksər qadında anadangəlmə olur” deyən Dr. Şökət Əliyevanın sözlərinə görə, bu vəziyyət qadinin cinsi inkişaf dövründə hormonların təsiri ilə daha da ciddi vəziyyət alır: "Bu vəziyyət xəstəlik deyil, sadəcə insanlar arasında fərqdir. Digər tərəfdən isə bəzi qadınlarda bu problem davamlı olan göbələk infeksiyasından, qaşıntı və sürtünmədən sonra yaranır. Qadında androgenlərin normadan çox olması da daxili dodağın hipertrofiyasına (anormal böyüməsinə) səbəb olur. Həmçinin doğuşlardan sonra daxili dodaqda böyümə və genişlənmə qeyd oluna bilər. İnsan yaşlandıqca digər dəri nahiyələrində olduğu kimi daxili dodaqda problemlər artır. Bəzi xəstələrdə isə problem cinsi travmadan sonra yaranır”.
 
Xəstəliyin müasir müalicə üsullarından danışan Dr. Şövkət Əliyeva bildirdi ki, bu xəstəlik XXI əsrin qızıl standartı – labioplastika üsulu ilə aradan qaldırılır: "Bu əməliyyat heç bir ağrı, narkoz olmadan ən qısa müddətə icra edilir. Xəstələr əməliyyatdan bir gün sonra yenidən əvvəlki həyata qayıdırlar. Qadınlarda əməliyyatdan sonra özünə inam hissi yaranır və yuxarıda göstərilən problemlərin yaranmasının qarşısı alınır. Bu əməliyyatdan sonra qadınlar cinsi əlaqədan xüsusi zövq alırlar. Gələcəkdə hamiləlik üçün heç bir problem yaratmır. Hətta onlarda təbii yolla doğuş həyata keçirmək də mümkün olur. Bakirə xanımlarda da labioplastika əməliyyatı icra oluna bilər”.
 
Dr. Şövkət Əliyeva qeyd etdi ki, əksər qadınlar bu xəstəlik səbəbindən çox ciddi psixoloji komplekslər yaşayırlar: "Hətta onların arasında evlənməkdən çəkinənlər də olur. Xəstələr dar və şalvar kimi paltarlar geyinə bilmirlər, bu, onları narahat edir. Belə qadınlar digərlərinə nisbətən daha çox cinsi yolların infeksiyasına tutulurlar. Bəzən qadınlarda bəzən cinsi dodaqlar çox böyüyürək sidik kanalının ağzını tutur və xəstənin sidik aktının pozulmasına səbəb olur. Cinsi yaxınlıq zamanı bu qadınlarda ağrı və rahasızlıq olur”.  
 
Şövkət Əliyeva adıçəkilən əməliyyatla bağlı müraciət edənlərə 30% endirim edəcək.
 
Həkimlə əlaqə üçün profil: 
 
 
Telefon: +994-55-350-80-70
 

 


OXŞAR XƏBƏRLƏR