Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Qaynarinfo.Az Media Təqib Mərkəzinin universitetlərlə bağlı iyul ayı üzrə məlumatlarını təqdim edir.
2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10885 xəbər yerləşdirilib. Bunlardan 532 xəbər mənfi, 62 xəbər müsbət və 10291 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Qafqaz Universiteti (429 xəbər – universitetin bağlanması), Dövlət İqtisad Universiteti (30 xəbər – rüşvət qalmaqalı), Azərbaycan Müəllimlər İnstitutu (20 xəbər – universitetdə olan dəhşətli saxtakarlıq). Müsbət xəbərlər arasında isə Azərbaycan Kooperasiya Universiteti (17 xəbər – rektorun BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin Avropa Xidməti Ordeni ilə təltif edilməsi) liderdir.
Xəbər sayına görə sıralama:
1. Qafqaz Universiteti - 1303 xəbər
2. Bakı Ali Neft Məktəbi - 1197 xəbər
3. Bakı Dövlət Universiteti - 1172 xəbər
4. Dövlət İqtisad Universiteti - 661 xəbər
5. Dövlət Aqrar Universiteti - 621 xəbər
6. Dövlət Neft və Sənaye Universiteti - 495 xəbər
7. Azərbaycan Dillər Universiteti - 479 xəbər
8. ADA Universiteti - 444 xəbər
9. Azərbaycan Texniki Universiteti - 401 xəbər
10. Azərbaycan Tibb Universiteti - 383 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1265 xəbər dərc edilib. Bu xəbərlərdən 1241-i neytral, 24-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Qafqaz Universiteti (22 xəbər – universitetin bağlanması), Bakı Slavyan Universiteti (1 xəbər – universitetdə metamarfoza) və Dövlət İqtisad Universitetinə (1 xəbər – rüşvət qalmaqalı) məxsusdur. İyul ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər verilməyib.
Xəbər sayına görə sıralama:
1. Bakı Dövlət Universiteti - 169 xəbər
2. Bakı Ali Neft Məktəbi - 123 xəbər
3. Qafqaz Universiteti - 91 xəbər
4. Dövlət İqtisad Universiteti - 85 xəbər
5. Bakı Slavyan Universiteti - 75 xəbər
6. Dövlət Aqrar Universiteti - 68 xəbər
7. Azərbaycan Tibb Universiteti - 60 xəbər
8. Moskva Dövlət Universitetinin Bakı filialı - 56 xəbər
9. Azərbaycan Texniki Universiteti - 56 xəbər
10. Dövlət Neft və Sənaye Universiteti - 55 xəbər
İyul ayında televiziya kanallarında universitetlər haqqında 196 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1. Daxili İşlər Nazirliyi Polis Akademiyası - 25 xəbər
2. Dövlət Neft və Sənaye Universiteti - 24 xəbər
3. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - 17 xəbər
4. ADA Universiteti - 15 xəbər
5. Bakı Slavyan Universiteti - 14 xəbər
6. Bakı Dövlət Universiteti - 12 xəbər
7. Azərbaycan Turizm və Menecment Universiteti - 11 xəbər
8. Dövlət İqtisad Universiteti - 11 xəbər
9. Dövlət İdarəçilik Akademiyası - 9 xəbər
10. Qafqaz Universiteti - 8 xəbər
Radio kanallarında iyul ayında bu sektorla əlaqəli 44 xəbər oxunub.
Xəbər sayına görə sıralama:
1. Qafqaz Universiteti Məktəbi - 13 xəbər
2. Daxili İşlər Nazirliyi Polis Akademiyası - 9 xəbər
3. Bakı Ali Neft Məktəbi - 7 xəbər
4. Dövlət İqtisad Universiteti - 3 xəbər
5. Dövlət Neft və Sənaye Universiteti - 3 xəbər
6. Azərbaycan Tibb Universiteti - 3 xəbər
7. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi - 2 xəbər
8. Milli Aviasiya Akademiyası - 1 xəbər
9. Azərbaycan Texniki Universiteti - 1 xəbər
10. Azərbaycan Dillər Universiteti - 1 xəbər