ABŞ-ın Qahirədəki səfirliyi qarşısındakı toqquşmalarda üç nəfər ölüb. “Əl Cəzirə” telekanalının məlumatına görə, iki nəfər nəfəs kəsilməsindən ölüb. Bunun hansı şəraitdə baş verdiyi məlum deyil.
Bundan başna, ABŞ səfirliyinin girəcəyində odlu silahdan açılan atəşlə qətlə yetirilmiş kişi meyiti tapılıb. Onu kimin güllələdiyi barədə məlumat yoxdur.
Misirin şimal paytaxtı İsgəndəriyyədən də həyəcanlı xəbərlər gəlir. İTAR-TASS-ın məlumatına görə, Amerika konsulluğu ərazisində baş verən toqquşmalar zamanı onlarla adamın xəsarət aldığı bildirilir.