“Qalatasaray” dünya ulduzlarını alır

“Qalatasaray” dünya ulduzlarını alır
İDMAN
01:47 21.08.2026
183
Türkiyənin "Qalatasaray” klubu transfer dönəminin son günlərində hücum xəttini gücləndirmək üçün iki məşhur futbolçunu heyətinə qatmaq istəyir.

AZXEBER.COM xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Tottenhem” klubunda çıxış edən braziliyalı hücumçu Rişarlison və Almaniyanın "Ştutqart” komandasının bosniyalı forvardı Ermedin Demiroviç üçün paralel danışıqlar aparır.

Məlumata əsasən, "Tottenhem”də hücum xəttində rəqabətin artması Rişarlisonun "Qalatasaray”a keçid ehtimalını artırıb. Türkiyə klubu braziliyalı futbolçunun maliyyə şərtlərini araşdırır və transfer imkanlarını dəyərləndirir.

"Qalatasaray” Demiroviçlə bağlı isə daha konkret addım atıb. İstanbul klubunun "Ştutqart”a rəsmi təklif göndərdiyi bildirilir. Sarı-qırmızılıların bosniyalı hücumçunu icarəyə götürmək deyil, birbaşa transfer etmək istədiyi qeyd olunur.

Xəbərdə transfer prosesinin müsbət istiqamətdə irəlilədiyi və "Qalatasaray” rəhbərliyinin transfer pəncərəsi bağlanana qədər bu iki futbolçudan ən azı birini heyətə qatmağa çalışdığı vurğulanır.
OXŞAR XƏBƏRLƏR