"Qalatasaray" "Fənərbaxça"ya da uduzdu

İDMAN
21:20 18.03.2011
2182

Burada əzəli rəqiblər "Qalatasaray"la "Fənərbaxça" üz-üzə gəliblər. Oyunda hesabı meydan sahibləri açıb. 14-cü dəqiqədə Kazım Kazım sabiq komandasını cəzalandırıb. Buna baxmayaraq, “Cim Bom” qələbə hesabını qoruya bilməyib. Fasilədən sonra meydana çıxan Semih 76-cı dəqiqədə tarazlığı bərpa edib.

Semihin qol vurmasına assisentlik edən Aleks də fərqlənib. Braziliyalı futbolçu 87-ci dəqiqədə “Qalatasaray”ı məğlubiyyətini rəsmiləşdirən qolun müəllifi olub.

Bu qələbədən sonra xallarının sayını 60-a çatdıran “Fənərbaxça” birinci pillədəki mövqeyini qoruyub. Cari mövsümdə 13-cü məğlubiyyətini alan “Qalatasaray” isə 33 xalla 11-ci yerdədir.

 

OXŞAR XƏBƏRLƏR