"Sarı-qırmızılılar"ın yeni arenasında soyunub-geyinmə otağının ətrafında yaranmış böyük sahədə futbolçuların ibadət etməsi üçün məscid, eləcə də kilisə və sinaqoq tikilməsi nəzərdə tutulub.
"Türk Telekom Arena" proyektinin sədri, eyni zamanda "Qalatasaray"ın idarə heyətinin üzvü Işın Çələbi yeni layihə haqqında bunları deyib: "Nou Kamp" arenasının altında bir kilisə var. Futbolçular matçdan öncə burada dua edərək daha da ruhlanırlar. "Türk Telekom Arena"da da soyunub-geyinmə otaqları çox genişdir. Biz də bu sahədə məscid, kilisə və sinaqoq tikməyi planlaşdırmışıq. Bu layihə Türkiyədə bir ilk olacaq"./// premyerliqa.az