“Qalatasaray” klubu Bakıda izdihamla qarşılanmasını paylaşıb – VİDEO

İDMAN
16:17 26.03.2023
216
"Qarabağ”la oyun üçün ölkəmizə gələn Türkiyənin "Qalatasaray” klubu komandanın Bakıda hərarətlə qarşılanmasından razı qalıb.

Bu barədə "sarı-qırmızı”ların sosial şəbəkə səhifəsindən məlumat verilib.

Qarşılanma mərasimini möhtəşəm adlandıran "Cim-Bom” müvafiq görüntüləri də paylaşıb.

Xatırladaq ki, bu gün Bakıda "Qarabağ” və "Qalatasaray” arasında xeyriyyə oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
 
OXŞAR XƏBƏRLƏR