'Qalatasaray' rahat qazandı, 'Fənər' uduzdu - VİDEO

İDMAN
01:26 26.01.2012
1956
Türkiyə Superliqasında XXII tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 5 qarşılaşma baş tutub. Doğma azarkeşləri önündə "Eskişehirspor"la qarşılaşan "Trabzonspor" inamlı qələbə qazanıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən Qaradəniz təmsilçisi xalını 36-ya yüksəldib.Səfərdə "İstanbul BB"un qonağı olan "Fənərbaxça" isə turu xalsız başa vurub. Rəqibinə 2:3 hesabı ilə məğlub olan "Fənərbaxça" liderdən bir qədər də uzaqlaşıb. "Bursaspor" da bu turda qələbəyə həsrət qalıb. Səfərdə "Gənclərbirliyi"nin qonağı olan "Bursaspor" 2:0 hesabı ilə önə keçmələrinə baxmayaraq, sonda bir xala razılaşıblar - 1:1.Superliqanın lideri "Qalatasaray" isə asan qələbə qazanıb. Doğma azarkeşləri önündə "Ankaragücü" ilə qarşılaşan "Cim Bom" rəqibini 4 cavabsız qolla məğlub edib. 24 yanvarTürkiyə Superliqasında XXII turun oyunları"Sivasspor" - "Antalyaspor" - 2:1Qollar: Nas, 32 (1:0), Kılıç, 57 (2:0), Sidney, 63 (2:1)"Manisaspor" - "Samsunspor" - 1:1Qollar: Promis, 9 (1:0), Tokak, 83 (1:1)"Mersin İdmanyurdu" - "Kayserispor" - 1:2Qollar: Delev, 53 (1:0), Kuyoviç, 59 (1:1), 74 (1:2)"Beşiktaş" - "Qaziantepspor" - 3:2Qollar: Süme, 41 (0:1), Almeyda, 47 (1:1), 86 (2:2), Sosa, 67 (1:2), Egemen, 90 (3:2)25 yanvar"Gənclərbirliyi" - "Bursaspor" - 2:2Qollar: Pinto, 40 (0:1), Diaye, 41 (0:2), İleri, 80 (1:2), Öztekin, 90 (2:2)"İstanbul BB" - "Fənərbaxça" - 3:2Qollar: Holmen, 3 (1:0), 72 (3:1), Əmrə, 52 (1:1), Vebo, 57 (2:1), Aleks, 88 (3:2)"Trabzonspor" - "Eskişehirspor" - 4:1Qollar: Altıntop, 29 (1:0), Yılmaz, 40 (2:0), Çex, 45 (3:0), Dieqo, 56 (3:1), Adin, 82 (4:1)"Orduspor" - "Karabükspor" - 3:2Qollar: Camdalı, 5 (1:0), Kulio, 24 (2:0), Stanku, 29 (3:0), Mabiala, 43 (3:1), Söylemezgiller, 57 (3:2)"Qalatasaray" - "Ankaragücü" - 4:0Qollar: Zan, 4 (1:0), Çolak, 9 (2:0), Riera, (3:0), Gökoğlan, 76 (4:0)

OXŞAR XƏBƏRLƏR