“Qalatasaray” rusiyalı futbolçunu transfer etdi

“Qalatasaray” rusiyalı futbolçunu transfer etdi
İDMAN
18:33 20.08.2026
163
Türkiyənin "Qalatasaray” klubu Rusiya millisinin və "Lokomotiv”in futbolçusu Aleksey Batrakovun transferini açıqlayıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün İstanbula yollanıb. Sağlamlıq testindən sonra 21 yaşlı oyunçu ilə müqavilə imzalanacaq.

İddiaya görə, Batrakovun transfer məbləği 25 milyon avro təşkil edəcək. Daha 4 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. Futbolçunun "Qalatasaray”la 4 illik müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Aleksey Batrakov Moskva "Lokomotiv”inin akademiyasının yetirməsidir. O, əsas komandada 84 oyuna çıxıb, 34 qol vurub və 23 məhsuldar ötürmə edib.
 
///Unikal///

OXŞAR XƏBƏRLƏR