“Qalatasaray” və “Fənərbağça”nın növbəti dueli: Kim qalib gələcək?

“Qalatasaray” və “Fənərbağça”nın növbəti dueli: Kim qalib gələcək?
İDMAN
15:30 02.11.2018
4403

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, XI tur çərçivəsində "Qalatasaray” "Fənərbağça”nı qəbul edəcək. "Türk Telekom Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Fatih Terimin rəhbərlik etdiyi kollektiv ötən həftə "Yeni Malatyaspor”a 2 cavabsız qolla uduzmaqla liderliyi əldən verib. Cari mövsümdə 6 qələbə qazanıb, 3 dəfə məğlub olan və 1 matçda heç-heçə edən son çempion 19 xalla 3-cü pillədədir. Birinci sıradakı "Başakşehrin” 21, ikinci yerdəki "Kasımpaşa”nın isə 19 xalı var.

"Fənərbağça” rəhbərliyi ötən tur "Ankaragücü”nə 1:3 hesablı məğlubiyyətdən sonra baş məşqçi Fillip Kokunu istefaya göndərib. "Sarı-lacivərdliler”i oyuna hollandiyalı mütəxəssisin köməkçisi Ervin Kuman çıxaracaq.

"Qalatasaray”da zədəli Fernando Rejes, eləcə də əməliyyat olunan Emre Akbaba və Yuto Naqatomo derbidə forma geyinə bilməyəcək. Mariano Filyo isə cəzalı olduğu üçün matçı kənardan izləyəcək. Henri Onyekuru, Sofyan Fequli, Serdar Aziz ve Eren Derdiyokun isə mikro-zədələri var. Lakin onların meydana çıxmaq ehtimalları yüksəkdir.

"Fənərbağça” ötən tur qırmızı vərəqə alam İslam Slimaninin xidmətindən yararlana bilməyəcək. Mehmet Topal, Mehmet Ekici, Oğuz Kağan və Tolqa Ciyerci isə zədəlidir.

Komandaların təxmini "11-lik”lər aşağıdakı kimidir:

"Qalatasaray”: Fernando Muslera, Martin Linnes, Ozan Kabak, Serdar Aziz (Maykon), Ömer Bayram, Rayan Donk, Papa Ailun Ndiaye, Sinan Gümüş (Henri Onyekuru), Yunes Belhanda, Harri Rodriqeş, Eren Derdiyok.

"Fənərbağça”: Harun Tekin, Maurisio İsla (Şener Özbayraklı), Roman Noyştedter, Martin Şkrtel, Hasan Ali Kaldırım, Jailson, Elif Elmas, Andre Ayyu, Alper Potuk (Barış Alıcı), Yasin Benzya, Roberto Soldado.

Bu gün baş tutacaq oyun 109 illk rəqabətin 388-ci derbisi olacaq. "Qalatasaray” indiyə qədər 123, "Fənərbağça” isə 146 dəfə qalib gəlib. 118 görüşdə isə heç-heçə qeydə alınıb. "Sarı-lacivərdlilər”in vurduğu 532 qola "Cim-Bom” 482 topla cavab verib.

"Qalatasaray” və "Fənərbağça” 61-ci mövsümü oynanılan Super Liqada 122 dəfə qarşılaşıb. Burada da qonaqlar üstündür – 50:33. Bərabərliklə başa çatan matç sayı isə 39-dur. Top fərqinə gəlincə, "Cim-Bom” burada da geridədir – 116:154.

Bu komandaların son 10 rəsmi duelindən 5-i heç-heçə başa çatıb. "Fənərbağça” 3, "Qalatasaray” 2 dəfə qalib gəlib.

Komandaları futbolçuların qiymətlərinə görə müqayisə etsək, "sarı-qırmızılar” daha dəyərli heyətə malikdir. "Transfermarkt”ın məlumatlarına əsasən, "Qalatasaray” 96 milyon avroluq heyətlə Super Liqada ən üstün durumdadır. "Fənərbağça”da bu göstərici 90 milyon avrodur. Bu rəqəmləri toplayıb, türk lirəsinə çevirsək, azarkeşlərin 1,1 milyardlıq bir derbi izləyəcəklərini söyləyə bilərik.

Matç üçün yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Axşam saatlarında "Türk Telekom Arena” və stadiona yaxın ərazilərdə ümumilikdə 100 mühafizəçi və 3 min polis xidmət göstərəcək.

Super Liqa

XI tur

22:00. "Qalatasaray” – "Fənərbağça”

Hakimlər: Fırat Aydınus, Serkan Ok, Aleks Taşçıoğlu, Özgür Yankaya

"Türk Telekom Arena”


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
08:08 06.10.2026
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
07:58 06.10.2026
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
07:50 06.10.2026
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
07:40 06.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
07:36 06.10.2026
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
07:23 06.10.2026
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
07:11 06.10.2026
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
07:00 06.10.2026
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
06:48 06.10.2026
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
06:36 06.10.2026
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
06:23 06.10.2026
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
Müğənni həbsxanaya göndərildi
06:11 06.10.2026
Müğənni həbsxanaya göndərildi
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
06:00 06.10.2026
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
05:48 06.10.2026
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
Bu 4 bürcün bəxti həmişə gətirir
05:36 06.10.2026
Bu 4 bürcün bəxti həmişə gətirir
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək
05:23 06.10.2026
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək