“Qalatasaray” öz meydanında “Bavariya”ya məğlub oldu

“Qalatasaray” öz meydanında “Bavariya”ya məğlub oldu
İDMAN
22:54 24.10.2023
380
UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib.

AZXEBER.COM xəbər verir ki, A qrupunda yer alan Türkiyənin "Qalatasaray” klubu Almaniya nəhəngi "Bavariya”nı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:3.

Hesabı erkən qolla almanlar açıblar. Kinqsli Koman 8-ci dəqiqədə adını tabloya yazdırıb. Yarım saatın tamamında Mauro İkardi penaltini dəqiq yerinə yetirərək, hesabda tarazlıq yaradıb. Buna baxmayaraq, "cim-bom” güclü rəqibindən xal almağı bacarmayıb. Əvvəlcə 73-cü dəqiqədə Harri Keyn yaxın məsafədən toru silkələməkdə çətinlik çəkməyib. Altı dəqiqə sonra isə Camal Musiala qarşılaşmada son nöqtəni qoyub.

Qələbə sayəsində xallarının sayını 9-a yüksəldən "Bavariya” liderliyini möhkəmlədib. "Qalatasaray” isə dörd xalla ikinci pillədə qalıb.

Digər görüşdə İtaliya "İnter”i evdə Avstriya təmsilçisi "Zaltsburq”u sınağa çəkib. Əvvəlcə 19-cu dəqiqədə ev sahiblərindən Aleksis Sançes komandasını önə keçirib. 57-ci dəqiqədə avstriyalıların heyətində Oskar Qlux fərqlənsə də, bu, komandanın səfərdə xal qazanması üçün kifayət etməyib. 64-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu qarşısıalınmaz zərbə ilə "Zaltsburq”un ümidinin üstündən xətt çəkib. Yekunda "İnter” 2:1 hesablı qələbə qazanıb.

Hazırda "nerazzuri” yeddi xalla turnir cədvəlinə başçılıq edir. Hesabında üç xal olan "Zaltsburq” isə üçüncü sıradadır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın daxili işlər naziri Qətərə səfər edib
20:29 05.10.2026
İranın daxili işlər naziri Qətərə səfər edib
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
19:44 05.10.2026
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
19:32 05.10.2026
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
19:32 05.10.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
19:15 05.10.2026
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
19:08 05.10.2026
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
18:55 05.10.2026
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Fransada 500-ə yaxın məktəb bağlanacaq
18:40 05.10.2026
Fransada 500-ə yaxın məktəb bağlanacaq
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib
18:27 05.10.2026
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib