"Qalatasaray”ın qapıçısı Fernando Musleranın aldığı zədə ciddidir.
AZXEBER.COM xəbər verir ki "sarı-qırmızılılar”ın noyabrın 3-ü "Kasımpaşa”ya qarşı evdə keçirdiyi matçda (2:1) zədə alan uruqvaylı qapıçı 6 önəmli oyunda komandasına kömək edə bilməyəcək.
Ətraflı
Türkiyə mətbatının yazdığına görə, o, 1 ay yaşıl meydandan uzaq qalacaq.
Bu səbəbdən 37 yaşlı qolkiper "Bavariya”, "Mançester Yunayted” (Çempionlar Liqası), "Hatayspor”, "Alanyaspor”, "Pendikspor” və "Adana Demirspor”la görüşləri buraxmalı olacaq.