“Qalatasaray” bir gündə 2 transfer həyata keçirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” bu keçidlərdən birini artıq təqdim edib.
Belə ki, “Bursaspor”un mərkəz müdafiəçisi Sərdar Aziz “sarı-qırmızlılar”la rəsmən anlaşıb. Bu gün ictimaiyyətə təqdim edilən Türkiyə millisinin üzvü İstanbul nəhəngi ilə 4 illik müqaviləyə qol çəkib.
Bununla kifayətlənməyən “Qalatasaray” Superliqada çıxış edən daha bir futbolçu ilə razılığa gəlib. Söhbət “Akhisar”ın hücumçusu Uqo Rodalleqadan gedir. Ötən mövsüm çempionatda 19 qola imza atan kolumbiyalı forvard “aslan”ın 2+1 illik müqavilə təklifini qəbul edib.
Qeyd edək ki, 31 yaşlı Rodalleqa “Akhisar”a ötən il “Fulhem”dən keçmişdi.