Türkiyə 2-ci Liqa klublarından olan "Ankaraspor" 21 yaşlı futbolçu İlhami Sıraçhan Nasın "Qalatasaray"a transfer olunduğunu açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray" 21 yaşlı futbolçu üçün 10 milyon lira ödəyib.
"Ankaraspor"un sosial media hesabından edilən açıqlamada bu ifadələr yer alıb:
"Futbolçumuz İlhami Sıraçhan Nasın "Qalatarasay”a transferi ilə bağlı razılıq əldə olunub. İndiyədək göstərdiyi səylərə görə ona təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq”.
Qeyd edək ki, 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacağı gözlənilir.
Gülay