Xəbər verdiyimiz kimi, bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Beşiktaş" və "Neftçi" klubları yenidən qarşılacaq.
AzxeberSport xəbər verir ki, ilk qarşılaşma Bakıda keçirilib və "Neftçi" "Beşiktaş"a 1-3 hesabı ilə məğlub olub.
Türkiyənin "Qalatasaray" klubunun ən böyük fan-səhifərindən olan "Qalatasaray tutkudur" səhifəsi matçla bağlı maraqlı paylaşım edib. 1,2 milyon üzv olan səhifə bugünkü matçda "Neftçi"yə uğurlar arzulayıb.
Səhifə paylaşımında "Neftçi"yə həmçinin avrokuboklarda ilk dəfə iştirak edən "Adana Demirspor"a uğurlar arzu edib.
Qeyd edək ki, bu paylaşıma səbəb "Beşiktaş"la "Qalatasaray" arasında yaşanan gərginlikdir. Buna səbəb "Beşiktaş”ın yeni transferi Milot Raşiç barəsində yayımladığı videoda göstərilən bəzi kadrlar səbəb olub.
"Galatasaray” iddia edir ki, həmin kadrlarda klubun adı terror təşkilatı FETÖ ilə yan yana tutulub. "Beşiktaş" isə bu iddiaları qəbul etməyib.

Həmin paylaşımı təqdim edirik: