“Qalatasaray”ın futbolçusu A Seriyası klubunda

İDMAN
16:40 31.08.2023
225
Türkiyənin "Qalatasaray” klubu futbolçusu Berkan Kutlunu icarəyə verib.

İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, 25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər İtaliyada "Cenoa”nın formasını geyinəcək.

A Seriyası təmsilçisi beş milyon avroya oyunçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, 2021-ci ildən "Qalatasaray”da çıxış edən Berkan Kutlu bu mövsüm səkkiz matçda forma geyinib.
OXŞAR XƏBƏRLƏR