"Qalatasaray"ın prezidenti: "Bakıdakı matçda böyük vəsait toplandı"

İDMAN
19:34 12.05.2023
307
"Yardım toplamaq üçün Bakıya da getdik. Oradakı matçda böyük vəsait toplandı".

Bunu Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek "Qarabağ"a qarşı keçirdikləri xeyriyyə oyunu ilə bağlı danışarkən deyib.

74 yaşlı funksioner daha bir qarşılaşma təşkil olunacağını diqqətə çatdırıb: "Növbəti dövrdə Almaniyada "Ştutqart"la üz-üzə gələcəyik. Gəliri zəlzələ bölgəsinə göndərəcəyik".

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı matçda İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı.
OXŞAR XƏBƏRLƏR