"Qalatasaray"ın ulduz müdafiəçisi PSJ-nin diqqətindədir

İDMAN
13:23 10.01.2024
236
"Qalatasaray"ın ulduz müdafiəçisi Saşa Boey PSJ-nin diqqətindədir. 
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransa nəhəngi PSJ "Bavariya"ya transfer olunacağı gözlənilən Nordi Mukielenin yerinə "Qalatasaray"ın ulduz futbolçusu Saşa Boeyi nəzərdən keçirir.

Bildirilir ki, İngiltərə Premyer Liqası komandalarından, xüsusən də "Arsenal”dan gələn yüksək təkliflər transferin qiymətini artırır və PSJ-nin işini çətinləşdirir.

Qeyd edək ki, Almaniyanın "Transfermarkt" futbol platformasında hazırkı bazar dəyəri 22 milyon avro olaraq qiymətləndirilən 23 yaşlı gənc sağ cinah müdafiəçisinin "Qalatasaray"la daha 1 illik müqaviləsi var.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR