"Qalib Gənclərimizin "Zəfər" Velo yürüşü" adlı tədbir keçirildi

GƏNCLİK
08:09 13.04.2022
2985
11 aprel 2022 ci il tarixində Qobustan rayonunda Qobustan Gənclər Evi və Qobustan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Qalib Gənclərimizin Zəfər Velo yürüşü" adlı tədbir keçirilib. 

AZXEBER.COM xəbər verir ki, tədbirin məqsədi Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq Rəşadətli Ordumuzun qazandığı Böyük Zəfərin başlanğıcı "Aprel döyüşləri" qəhramanlarını yad etmək və vətənpərvər  gənclərimizin dövlətçilik naminə birliyini nümayiş etdirməkdir. 

Tədbirin 1ci hissəsində  YAP Qobustan rayon təşkilatı sədri Qasım  Qasımov,  Qobustan rayon İcra Hakimiyyəti nümayəndəsi Aftandil Şikarov,  Qobustan  Gənclər Evi SMX-nin direktoru Anar İrzaquluyev və Qobustan rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov çıxış etdilər. Çıxışlar zamanı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sağlam və vətənpərvərlik ruhu yüksək olan gənclərin yetişdirilməsi üçün aparılan gənclər siyasətindən danışılıb, eyni zamanda "Aprel döyüşləri" qəhramanları yad edilib və Qobustan gənclərinin yüksək  vətənpərvərlik ruhu müsbət qiymətləndirilib. 

Tədbirin 2ci hissəsində isə Qobustan Gənclər evinin qarşısında "Velo" yürüşün qırmızı lenti Şəhidlərin valideynləri tərəfindən kəsilib və yürüşə start verilib. 

Velo yürüşün marşurut xətti üzrə gənc idmançılar ilk öncə Qobustan rayon Şəhidlər Xiyabanını, daha sonra Şəhid Hacıyev Sərxan Eldar oğlunun xatirəsinə inşa edilmiş bulağı, Şəhid Nadirov Fədail Fərhad oğlu adına əbədiləşdirilən şəhər mərkəzində yerləşən parkı və Vətən Müharibəsi Qəhrəmanı Elyar Arif oğlu Vəliyevin xatirəsinə inşa edilmiş bulağı ziyarət etdilər. 
  
Velo yürüşdə AzVİF-in Şamaxı filialının üzvləri və qobustanlı gənclər, ümumilikdə 30 velosiped sürən gənc iştirak etdi. "Velo" yürüş rayon sakinləri tərəfindən böyük maraqla qarşılandı.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq